Əraqçi: BAEA-nın qətnaməsi ABŞ ilə danışıqları çətinləşdirəcək
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Rəhbərlər Şurasının Tehranı tənqid edən qətnaməsi İran və ABŞ arasında iyunun 15-də Omanın paytaxtı Maskatda keçirilməsi planlaşdırılan dolayı danışıqların altıncı raunduna mənfi təsir göstərəcək.
“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
“Bu danışıqlar BAEA-nın bu yaxınlarda təsdiq edilmiş qətnaməsinin kölgəsində baş tutacaq ki, bu da dialoqu çətinləşdirir. Lakin biz İranın hüquqlarını və nüvə sahəsində əldə etdiyi nailiyyətləri qorumaqda qərarlıyıq”, - o deyib.
Qeyd edək ki, BAEA-nın Rəhbərlər Şurası iyunun 12-də İranın nüvə sahəsində öz öhdəliklərinə tam əməl etmədiyi barədə qətnamə qəbul edib.
Buna cavab olaraq İran Prezidenti Məsud Pezeşkian bildirib ki, İran uranın zənginləşdirilməsi proqramından əl çəkməyəcək. İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami qorunan yerdə yeni uranın zənginləşdirilməsi mərkəzinin işə salındığını açıqlayıb.
Xatırladaq ki, aprelin 12-dən bəri Omanın vasitəçiliyi ilə İran və ABŞ arasında dolayı danışıqların 5 raundu keçirilib. Lakin ABŞ Prezidenti Donald Tramp daha əvvəl İranla nüvə sazişinin mümkünlüyünə getdikcə daha az inandığını bildirib.
Oxşar xəbərlər
BAEA rəhbəri İranın nüvə obyektlərinə baş çəkib
İran Prezidenti: Uranın zənginləşdirilməsini dayandırmayacağıq
İran BAEA-nı şantaj edir
İran amerikalı müfəttişlərin nüvə obyektlərinə buraxılmasını istisna etmir
Reuters: BAEA Rəhbərlər Şurası İranı tənqid edən qətnamə qəbul edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
