Qonşuda təhlükə: karantin elan olundu
sizinxeber.az xəbər saytı

Qonşuda təhlükə: karantin elan olundu


Türkiyənin Aydın vilayətində heyvanlar arasında yayılan dabaq xəstəliyi səbəbindən genişmiqyaslı karantin tədbirləri tətbiq olunub. Yerli medianın yaydığı məlumata görə, Yenibazar rayonunun Hacıkosalar məhəlləsində xəstəliyin aşkarlanmasından sonra ətraf ərazilərdə də ciddi məhdudiyyətlər qüvvəyə minib.

Sizinxeber.Az Mətbuat.az-a istinadla xəbər verir ki, Yenibazar və Çinə rayonlarında ümumilikdə 17 məhəllə karantin zonasına daxil edilib.

Karantin tətbiq olunan ərazilərdə heyvanların alqı-satqısı, eləcə də giriş-çıxışı tamamilə dayandırılıb. Səlahiyyətli qurumlar xəstəliyin daha geniş ərazilərə yayılmasının qarşısını almaq üçün nəzarət tədbirlərini gücləndirib.

Bildirilib ki, hazırda rayon kənd və meşə təsərrüfatı idarələrinin əməkdaşları ərazilərdə monitorinqlər aparır, dezinfeksiya və profilaktik tədbirləri davam etdirirlər. Türkiyə mediası qeyd edib ki, vəziyyət nəzarətdə saxlanılsa da, bölgədə heyvandarlıqla məşğul olan sakinlər arasında narahatlıq artıb.

Oxşar xəbərlər

Gürcüstanın Tsalka bələdiyyəsində quduzluq faktına görə karantin elan olunub
Türkiyədə heyvan mənşəli yoluxucu xəstəlik yayılıb, karantin elan edilib
Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib
Bu gündən xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib
Gürcüstanın Martvili bələdiyyəsində quduzluq aşkarlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər