AAA: ABŞ-də benzin İranla münaqişənin başlamasından bəri 1,5 dəfə bahalaşıb
sizinxeber.az xəbər saytı

AAA: ABŞ-də benzin İranla münaqişənin başlamasından bəri 1,5 dəfə bahalaşıb


ABŞ-də benzinin bir qallonu son bir həftə ərzində 0,31 ABŞ dolları bahalaşaraq orta hesabla 4,48 ABŞ dollarına çatıb.

Bu barədə "Sizinxeber.az" ABŞ Avtomobil Assosiasiyasının (AAA) məlumatına istinadən xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının açılmasına yönəlmiş "Project Freedom" hərbi əməliyyatının müvəqqəti dayandırıldığını elan etsə də, bu qiymət mayın 6-na olan vəziyyətə görə qeydə alınıb.

Beləliklə, AAA-nın məlumatına görə, ABŞ-də yanacaq İrana qarşı müharibənin başlanmasından bəri 50 % bahalaşıb.

Qeyd edək ki, ABŞ və İsrailin İrana qarşı əməliyyatının səbəb olduğu qlobal enerji böhranı Hörmüz boğazının bağlanmasına və neft qiymətlərinin kəskin artmasına gətirib çıxarıb.

Oxşar xəbərlər

Tramp Hörmüz boğazının blokadasını açıqlayıb
Naim Qasem: Hörmüz boğazının bağlanması ilə İsrailin Livana hücumları dayandırılıb
Tramp: ABŞ Hörmüz boğazının minalardan təmizlənməsinə başlayır
Trampın Hörmüz boğazı ilə bağlı çıxışından sonra neft bahalaşıb
Tramp: Hörmüz boğazının minalanması İran üçün intihar olardı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər