Bu, şəxsən Putinə zərər verir - Ekspert
sizinxeber.az xəbər saytı

Bu, şəxsən Putinə zərər verir - Ekspert


Ukrayna hərbçilərinin Rusiya ərazisindəki obyektlərə endirdiyi zərbələr Rusiya hava hücumundan müdafiə sistemlərinin acizliyini nümayiş etdirir və yalnız ölkə iqtisadiyyatına deyil, həm də şəxsən Vladimir Putinə zərər verir.

Axar.az xəbər verir ki, bu açıqlama ilə ukraynalı hərbi ekspert Mixail Pritula çıxış edib.

O qeyd edib ki, aqressor ölkənin əsas iqtisadi və enerji obyektləri hələ də qorunmadığı halda, Rusiya hava hücumundan müdafiə sistemi Valday bölgəsində cəmləşib. Məlum olduğu kimi, burada Putinin iqamətgahı yerləşir.

“Bu, hətta Rusiya güc strukturları daxilində hakimiyyətin nüfuzuna və legitimliyinə zərbə vurur”, – deyə o bildirib.

Bundan əlavə, ekspertin sözlərinə görə, rusların bu məsələdə məntiqi olduqca sadədir:

“Putinin hava hücumundan müdafiə sistemi Ukrayna dronlarını vura bilmədi – deməli, Putin zəifdir. Rusların düşüncə tərzi belədir. Buna görə də bu zərbələr ilk növbədə Putin hakimiyyətinin nüfuzuna ciddi təsir göstərir. İkincisi, bu, iqtisadiyyata zərbədir”.

Oxşar xəbərlər

Fransa yeni nəsil hava hücumundan müdafiə sisteminin ilk sınağını keçirəcək
Macarıstan yeni hava hücumundan müdafiə sistemlərini quraşdırıb
Putin Ukrayna ordusunun hücumundan sonra ilk dəfə Kurska gedib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər