İsrail qorxusu: Rəsmilər Müctəba ilə təmasdan yanırlar
İranın yüksək vəzifəli rəsmiləri ali rəhbər Müctəba Xamenei ilə birbaşa təmasdan yayınırlar.
Sizinxeber.Az xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.
“Onlar İsrailin onların hərəkətlərini izləyib zərbə endirə biləcəyindən qorxurlar. Ağır xəsarətlərinə baxmayaraq, Xamenei ayıqdır və baş verənlərdə iştirak edir. O, ayağından və qolundan bir neçə əməliyyat keçirib, protez qoyulacağı gözlənilir və üzündə ciddi yanıqlar var, bu da onun danışmasını çətinləşdirir və çox güman ki, əlavə tibbi müdaxilə tələb edəcək. Həmçinin ürək cərrahı olan Prezident Məsud Pezeşkian və səhiyyə naziri Müctəbanın müalicəsində şəxsən iştirak edir. Təhlükəsizlik, eləcə də zəif görünməmək istəyi səbəbindən o, ictimaiyyət qarşısına çıxmır, müraciət yazmır və onunla ünsiyyət etibarlı kuryerlər tərəfindən çatdırılan əlyazma qeydlər vasitəsilə saxlanılır”, - məlumatda deyilib.
Oxşar xəbərlər
KİV: Müctəba Xamenei yaralı vəziyyətdə Rusiyaya aparılıb
Müctəba Xamenei komadadır - KİV
Əraqçi: Yeni ali lider Müctəba Xamenei sağlam, aldığı xəsarətlər də yüngüldür
Donald Tramp: "İranın gələcək liderinin müəyyənləşdirilməsi prosesində şəxsən iştirak etməliyəm"
KİV: ABŞ və İsrail kəşfiyyat orqanları Müctəba Xameneinin sağ olub-olmadığını öyrənməyə çalışırlar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
