Donald Tramp: "İranın gələcək liderinin müəyyənləşdirilməsi prosesində şəxsən iştirak etməliyəm"
sizinxeber.az xəbər saytı

Donald Tramp: "İranın gələcək liderinin müəyyənləşdirilməsi prosesində şəxsən iştirak etməliyəm"


ABŞ Prezidenti Donald Tramp İranın gələcək liderinin müəyyənləşdirilməsi prosesində şəxsən iştirak etmək istədiyini bildirib.

Oxu.Az xəbər verir ki, o, bu barədə "Axios" portalına müsahibəsində danışıb.

"Onlar vaxt itirirlər. Müctəba Xamenei (Əli Xameneinin oğlu) zəif fiqurdur. Mən təyinat prosesində şəxsən iştirak etməliyəm, necə ki, bu Venesuelada Delsi Rodrigeslə olmuşdu", - deyə Ağ Evin rəhbəri qeyd edib.

Onun sözlərinə görə, Müctəba Xamenei liderlik üçün qəbuledilməz namizəddir. Tramp vurğulayıb ki, əvvəlki siyasi kursun davam etməsi ABŞ-ni beş ildən sonra yenidən müharibəyə qayıtmağa məcbur edə bilər.

"Biz İrana harmoniya və sülh gətirəcək bir lider istəyirik", - deyə ABŞ prezidenti əlavə edib.

Oxşar xəbərlər

Xamenei səhər yeməyində onlarla görüşüb - Tramp
Xamenei: Donald Tramp İranı bombalamaq hədəsinə əməl etsə, güclü zərbə ilə üzləşəcək
Tramp Xameneinin ölümünü rəsmən təsdiqləyib
ABŞ Prezidenti İrana hücumdan sonra xalqa müraciət edib
Məşhur Böyük Britaniya nəşrindən iddia: "İran Xameneinin planını həyata keçirməyə başlayıb"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər