Məxfi hesabat: Miqrantlar daha Almaniyaya getmirlər
Almaniya AB-də sığınacaq axtaranların əsas təyinat ölkəsi olmaqdan çıxıb.
Sizinxeber.Az xəbər verir ki, bu məlumatı "Welt am Sonntag" qəzeti Avropa Komissiyasının məxfi hesabatına istinadla yayıb.
Bildirilib ki, 2026-cı ilin birinci rübündə Almaniyada sığınacaq üçün müraciətlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə təxminən dörddə bir qədər (23%) azalıb. Beləliklə, Almaniya uzun illər lider olsa da, 2015-ci ildən bəri ilk dəfə Avropa sığınacaq statistikasında dördüncü yeri tutub.
İlk üç ayda Almaniyada 28 min 922 yeni müraciət qeydə alınıb. Ən çox müraciət Fransa (34 min 643), İspaniya (32 min 630) və İtaliyada (32 min 602) qeydə alınıb. Macarıstan və Slovakiya siyahının sonundadır.
Lakin Macarıstanda aşağı rəqəmlərə baxmayaraq, əvvəlki illə müqayisədə 18% çox müraciət qeydə alınıb.
Oxşar xəbərlər
Almaniyada sığınacaq müraciətləri təxminən dörddə bir dəfə azalıb
Avropada sığınacaq üçün ən çox müraciət edilən ölkələrin siyahısı dəyişib
TƏBİB: Son altı ayda 44 milyondan çox tibbi xidmət göstərilib
Əsədin hakimiyyətdən getmməsi Aİ-də sığınacaq axtaranların sayını azaldıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
