Əsədin hakimiyyətdən getmməsi Aİ-də sığınacaq axtaranların sayını azaldıb
Suriyada Bəşşar Əsəd rejiminin devrilməsindən sonra ölkə vətəndaşlarının Avropa İttifaqına (Aİ) sığınacaq üçün müraciətlərinin sayı ən aşağı həddə çatıb.
"Report" "Le Figaro"ya istinadən xəbər verir ki, bu barədə Avropanın Sığınacaq Agentliyi (EUAA) məlumat yayıb.
“Fevralda 5 min suriyalı Avropadan sığınacaq istəyib ki, bu, tarixən 10 ildən çox müddətdə müşahidə olunmayan aşağı rəqəmdir”, - agentliyin məlumatlarında qeyd olunur.
EUAA-nın məlumatına görə, ölkənin müxalif qüvvələrinin 2024-cü ilin dekabrında hakimiyyətə gəlməsi Avropada sığınacaqla bağlı vəziyyətin əhəmiyyətli dəyişməsinə səbəb olub, müraciətlərin sayı 2024-cü ilin oktyabr ayı ilə müqayisədə 70 % azalıb.
Suriyalılar indiyədək Aİ-nin 27 ölkəsində onlara verilən müdafiədən faydalanıblar.
“Sığınacaqla bağlı son statistika başqa yerlərdə sabitliyin Avropa üçün nə qədər vacib olduğunu göstərir”, - Aİ-nin daxili işlər və miqrasiya üzrə komissarı Maqnus Brunner yeni vəziyyəti şərh edərkən deyib.
Oxşar xəbərlər
Xorvatiya da suriyalılara sığınacaq verilməsini dayandırıb
Avropada sığınacaq üçün ən çox müraciət edilən ölkələrin siyahısı dəyişib
İsveçdə sığınacaq almaq üçün qaydalar sərtləşdiriləcək
Avstriya suriyalılara sığınacaq verilməsi prosedurunu dayandırır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
