Atəşkəsin 3 bəndi pozulub, İran üçün danışıqlar uyğun deyil
ABŞ ilə gələcək sülh sazişi üçün əsas götürülən planın 10 bəndindən 3-ü pozulub.
Far.Az xəbər verir ki, bu barədə İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf X hesabında yazıb.
"Pakistanın Baş naziri Şahbaz Şərif də bu öhdəliyi birbaşa qeyd edib və bildirib ki, Livan və digərləri daxil olmaqla, bütün regionlarda təcili atəşkəs dərhal başlamalıdır.
İkinci pozuntu Lar şəhərində məhv edilmiş PUA-nın İranın hava məkanına daxil olmasıdır.
İran Ağ Evin bəyanatlarının əksinə olaraq, Tehranın təklif etdiyi plana daxil olunmuş uranın zənginləşdirilməsi hüququndan imtina etməyib. Beləliklə, danışıqlar üçün əsasın özü hələ onlar başlamazdan əvvəl açıq şəkildə pozulub. Belə bir vəziyyətdə ikitərəfli atəşkəs və ya danışıqlar məqsədə uyğun deyil”, - paylaşımda qeyd olunub.
Oxşar xəbərlər
Qalibaf: İranın ABŞ ilə razılaşma planının üç bəndi artıq pozulub
İran uranın zənginləşdirilməsi həcmlərini məhdudlaşdıra bilər
İran parlamentinin sədri Livanın baş naziri ilə danışıqlar aparıb
Şahbaz Şərif: İran ilə ABŞ atəşkəs barədə razılığa gəlib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
