Putinin köməkçisi: Ukrayna meyitlərin qəbulunu, əsirlərin dəyişdirilməsini qeyri-müəyyən müddətə təxirə salıb
İyunun 6-da Rusiya 6000-dən çox meyitin Ukraynaya təhvil verilməsi və yaralıların, ağır xəstələrin və əsirlərin dəyişdirilməsi kampaniyasını həyata keçirməyə başlayıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Vladimir Medinski bildirib.
Onun sözlərinə görə, 1212 Ukrayna əsgərinin dondurulmuş meyitlərinin ilk partiyası artıq soyuducu yük maşınlarında mübadilə zonasına gəlib, qalanları yoldadır.
Medinski qeyd edib ki, Ukrayna tərəfi gözlənilmədən həm meyitlərin qəbulunu, həm də hərbi əsirlərin dəyişdirilməsini qeyri-müəyyən müddətə təxirə salıb. Ukrayna tərəfi mübadilə üçün razılaşdırılmış məntəqəyə gəlməyib:
"Rusiya Kiyevi İstanbulda əldə edilmiş razılaşmalara ciddi əməl etməyə və dərhal hərbi əsirlərin mübadiləsinə başlamağa çağırır. Eyni zamanda, Rusiya mübadilələrə başlamaq üçün “yaralılar, ağır xəstələr və gənclər” kateqoriyasına aid 640 əsirdən ibarət ilk siyahını Ukraynaya verib".
Oxşar xəbərlər
Ukrayna və Rusiya “6000-in 6000-ə” formatında hərbçilərin meyitlərinin mübadiləsini razılaşdırıb
Medinski: Rusiya Ukrayna ilə əsirlərin mübadiləsinə başlamağa hazırdır - YENİLƏNİB
Medinski: Rusiya 7-9 iyunda Ukrayna ilə əsir mübadiləsinə başlamağa hazırdır
Medinski: Rusiya Ukrayna ilə əsir mübadiləsinə iyunun 7-9-da başlamağa hazırdır
Rusiya "1000-in 1000-ə" mübadilə üçün əsirlərin siyahısını Ukraynaya təhvil verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













