
Moskvanın hava limanlarında məhdudiyyətlər aradan qaldırılıb - YENİLƏNİB

Moskvanın hava limanlarında məhdudiyyətlər aradan qaldırılıb - YENİLƏNİB
Rusiyanın paytaxtı Moskvanın Vnukovo, Domodedovo və Jukovski hava limanlarında təyyarələrin gəliş-gedişinə qoyulan məhdudiyyətlər aradan qaldırılıb.
APA xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.
"Vnukovo, Domodedovo və Jukovski hava limanlarında təyyarələrin gəlişi və gedişi ilə bağlı məhdudiyyətlər aradan qaldırılıb. Məhdudiyyətlər mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək məqsədilə tətbiq edilib. Təyyarələrin ekipajları, hava dispetçerləri və hava limanının xidmətləri uçuşların təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görüblər - bu, prioritet məsələdir", - məlumatda deyilir.
***
5:23
Moskvanın Domodedovo və Jukovski hava limanlarında təyyarələrin qəbulu və buraxılması ilə bağlı məhdudiyyətlər tətbiq edilib.
APA xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.
“Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün Domodedovo və Jukovski (Ramenskoye) hava limanlarında onların qəbulu və buraxılışına müvəqqəti məhdudiyyətlər tətbiq edilib”, - məlumatda deyilir.
Qeyd edək ki, bundan əvvəl Kaluqa və Saratov hava limanlarında uçuşlara məhdudiyyətlər tətbiq edilib.