KİV: Sergey Lavrov İstanbul görüşündə iştirak etməyəcək
Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 15-də İstanbulda baş tutacaq danışıqlarda iştirak etməyəcək.
APA xəbər verir ki, bu barədə məlumatı “kommersant.ru” yayıb.
Ötən gün “The Washington Post” nəşri Rusiya diplomatiyasının rəhbərinin müzakirələrə prezident Vladimir Putinin köməkçisi Yuri Uşakovla birlikdə qatılacağını iddia edib.
Həmçinin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff dövlət katibi Marko Rubio ilə mayın 16-da İstanbula yollanacağı barədə məlumat verib.
ABŞ prezidenti Donald Tramp bir müddət əvvəl bildirib ki, rusiyalı həmkarının Türkiyəyə səfəri məhz onun bu ölkəyə gələcəyindən asılıdır.
Qeyd edək ki, prezident V. Putinin sözçüsü Dmitri Peskov göstərilən 15 may tarixində Kreml rəhbərinin işgüzar görüşlərinin olacağını açıqlasa da, onların keçiriləcəyi məkan barədə sualdan yayınıb.
Oxşar xəbərlər
Rusiya naziri Sergey Lavrov ABŞ dövlət katibi Marko Rubio ilə telefonla danışıb
Sergey Lavrov Marko Rubio ilə telefonla danışıb
Rubio: ABŞ-da məsləhətləşmələr göstərdi ki, Rusiya - Ukrayna sülhü mümkündür
Rubio Ukrayna tərəfi ilə Fransada baş tutan təmaslar barədə Lavrovu məlumatlandırıb
Lavrov: Tezliklə Rusiya-ABŞ danışıqlarının növbəti raundu baş tutacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
-
ABŞ Türkiyəyə 700 milyon dollar dəyərində qırıcı təyyarə mühərrikləri satmaq niyyətindədir
-
Tusk: Polşanın müdafiə xərcləri ÜDM-in təxminən 7 %-nə çatıb
-
DÇ-2026: Şotlandiyanı üstələyən Braziliya C qrupunu lider kimi başa vurub - YENİLƏNİB-6
