Rusiya dondurulmuş aktivlərdən Ukraynaya yardım planına görə Yaponiyaya etiraz edib
sizinxeber.az xəbər saytı

Rusiya dondurulmuş aktivlərdən Ukraynaya yardım planına görə Yaponiyaya etiraz edib


Yaponiyanın Moskvadakı səfirinə Tokionun dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirdən Ukraynaya kömək etmək üçün istifadə etmək planları ilə bağlı etiraz edilib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, aprelin 22-də Rusiya Xarici İşlər Nazirliyində Rusiya Xarici İşlər Nazirliyinin Üçüncü Asiya Departamentinin direktoru L.Vorobyova və Yaponiyanın Moskvadakı səfiri A.Muto arasında görüş keçirilib.

İkitərəfli münasibətlərin vəziyyətinə dair məsələlərin müzakirəsi zamanı Rusiya dövlətinin qeyri-qanuni dondurulmuş aktivlərindən əldə edilən gəlirdən Ukraynaya G7 maliyyə yardımı paketi çərçivəsində kreditlərin ayrılması üçün istifadə etmək niyyəti ilə bağlı Yaponiya tərəfinə kəskin etiraz edilib.

Rəsmi Tokionun yuxarıda qeyd olunan addımının Yaponiya tərəfi üçün ən həssas olan sahələrdə sərt cavab tədbirləri, o cümlədən asimmetrik tədbirlərlə nəticələnəcəyi vurğulanıb.

Qeyd olunub ki, belə olan halda ikitərəfli münasibətlərin daha da korlanmasına görə məsuliyyət tamamilə Yaponiya hökumətinin üzərinə düşəcək.

Oxşar xəbərlər

Rusiya Yaponiyaya ABŞ ilə təlimlər keçirmək planlarına etiraz edib
Yaponiya Rusiya aktivlərindən əldə edilən gəlirdən Ukraynaya 3 milyard dollar göndərəcək
Moldova səfiri Rusiya XİN-ə çağırılıb
KİV: Britaniya Rusiyanın aktivləri hesabına Ukraynaya 3 milyard dollar köçürəcək
ABŞ Ukraynaya dəstək üçün Rusiya aktivlərindən istifadəni nəzərdən keçirəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle