Yaponiya Rusiya aktivlərindən əldə edilən gəlirdən Ukraynaya 3 milyard dollar göndərəcək
Yaponiya hökuməti Ukraynaya 471,9 milyard yen (təxminən 3 milyard ABŞ dolları) ayıracaq. Bu, "Yeddilik Qrupu" (G7) ölkələrinin Qərbdə dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlər hesabına Kiyevə 50 milyard dollar məbləğində razılaşdırılmış kreditin bir hissəsidir.
“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
Daha əvvəl G7 liderləri Ukraynaya 50 milyard dollar məbləğində kredit verilməsi detalları ilə bağlı razılığa gəldiklərini bəyan edən birgə bəyanat qəbul ediblər. Qeyd olunub ki, kreditlər "G7 ölkələrinin hüquqi sistemləri və beynəlxalq hüquq çərçivəsində Rusiyanın dondurulmuş suveren aktivlərindən gələcək gəlirlər hesabına" maliyyələşdiriləcək.
ABŞ Ukraynaya 20 milyard dollar ayırmağı öhdəsinə götürüb, qalan 30 milyard dollar isə G7 və Aİ-nin birgə səyləri ilə göndəriləcək.
Oxşar xəbərlər
G7 ilin sonuna qədər Ukraynaya 50 milyard dollar kredit ayırmağı planlaşdırır
Aİ Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 35 milyard avro kredit ayıracaq
Aİ Ukraynaya 18 milyard avro kredit vermək niyyətindədir
Avropa Parlamenti Ukraynaya 35 milyard avro kreditin ayrılmasını təsdiqləyib
G7 liderləri Kiyevə 50 milyard dollar kreditin verilməsinin təfərrüatlarını razılaşdırıblar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













