Qırğızıstan Rusiyaya nota verib
Qırğızıstan Xarici İşlər Nazirliyi Moskva hamam kompleksinə basqınla bağlı Rusiya səfirinə nota verib.
Sizinxeber.az-nın Moskva bürosu xəbər verir ki, Rusiyanın səfiri Sergey Vakunov aprelin 11-də Moskvada “Bodrost” hamam kompleksində ölkə vətəndaşlarına qarşı keçirilən reydlə əlaqədar Qırğızıstan Xarici İşlər Nazirliyinə çağırılıb.
Qırğızıstan xarici işlər nazirinin müavini Almaz İmanqaziyev Vakunova nota verib və ondan “Qırğızıstan-Rusiya müttəfiqlik və strateji tərəfdaşlıq münasibətlərinə xələl gətirə biləcək” vəziyyətin təkrarlanmaması üçün tədbirlər görməyi xahiş edib.
Qırğızıstan mətbuatının verdiyi məlumata görə, aprelin 11-də polis 60-a yaxın Qırğızıstan vətəndaşının yerləşdiyi Moskva hamam kompleksində reyd keçirib. Hadisə şahidlərinin sözlərinə görə, təhlükəsizlik qüvvələri onları döyüb, daha sonra isə 20-dən çox adam saxlanılıb.
Oxşar xəbərlər
Qırğızıstan Rusiyaya miqrantların kütləvi saxlanılması ilə bağlı nota təqdim edib
AZAL-ın təyyarəsində olan hər üç Qırğızıstan vətəndaşı sağ qalıb
Rusiya Kanadaya nota verib
Qırğızıstan XİN ölkə vətəndaşlarını Rusiyaya səfər etməməyə çağırıb
Moldova Rusiyaya nota verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib - YENİLƏNİR-2
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
