Ölümlə nəticələnən qəzaya görə həbsdə olan məşhur Rusiya aktyoru azadlığa buraxılacaq
sizinxeber.az xəbər saytı

Ölümlə nəticələnən qəzaya görə həbsdə olan məşhur Rusiya aktyoru azadlığa buraxılacaq


2020-ci ildə ölümlə nəticələnən avtomobil qəzası törətməkdə ittiham olunaraq 8 il müddətinə azadlıqdan məhrum edilən rusiyalı məşhur aktyor Mixail Yefremov vaxtından əvvəl azadlığa buraxılacaq.

Sizinxeber.az-nın Rusiya bürosu xəbər verir ki, bu gün Belqorod məhkəməsi aktyorun vaxtından əvvəl şərti azadlığa buraxılması ilə bağlı müraciətinə baxıb. Yefremovun müraciəti təmin olunub.

Qeyd edək ki, 2020-ci ilin iyun ayında M. Yefremov Moskvanın “Sadovoe koltso” ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə ittiham olunub. İttihama görə, aktyorun idarə etdiyi "Jeep Grand Cherokee” markalı avtomobil qarşı zolağa çıxaraq “Lada” markalı avtomobillə toqquşub. Nəticədə “Lada”nın sürücüsü kəllə-beyin travması alaraq ölüb. Ekspertiza aktyorun sərxoş olduğunu müəyyənləşdirib.

Moskvanın Presnenskiy Rayon Məhkəməsi içkili vəziyyətdə insan tələfatı ilə nəticələnən yol-nəqliyyat hadisəsi törədən məşhur aktyor barəsində 8 il müddətinə azadlıqdan məhrumetmə hökmü çıxarıb.

M. Yefermovun vəkili azərbaycanlı Elman Paşayev olub. E.Paşayev məhkəmədə aktyorun sükan arxasında olmaması barədə dəfələrlə vəsatət qaldırsa, şahidin olduğunu bildirsə də, məhkəmə vəsatəti təmin etməyib.

Oxşar xəbərlər

Ramiz Tatarov azadlığa buraxılıb
Cəbrayılda iki maşın toqquşub, ölən və xəsarət alan var
Bakıda yol qəzasında 3 nəfər ölüb, sürücü qaçıb
Məhkəmə MTN generalı ilə bağlı qərar verib
Yarım milyonluq dələduzluqda təqsirləndirilən sabiq məhkəmə hakimi azadlığa buraxılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər