Rusiya İstintaq Komitəsi: Krokusda terror aktı ilə bağlı cinayət işi məhkəməyə göndəriləcək
sizinxeber.az xəbər saytı

Rusiya İstintaq Komitəsi: Krokusda terror aktı ilə bağlı cinayət işi məhkəməyə göndəriləcək


Krokusda baş verən terror aktı Rusiyada sabitliyi pozmaq üçün qeyri-dost dövlətin xüsusi xidmət orqanları tərəfindən planlaşdırılıb.

Sizinxeber.az-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin terror aktının birinci ildönümü ilə bağlı bəyanatında bildirilib.

Qeyd olunub ki, terror aktını Mərkəzi Asiyadan olan altı vətəndaş təşkil edib, onlar qiyabi həbs edilib və axtarışa verilib. Onlar terror hücumun iştirakçıları olan dörd nəfəri "verbovka" ediblər və xaricdə təlim keçmələrini təşkil ediblər. Hazırda Krokusda terror aktı ilə bağlı iş üzrə təqsirləndirilən 19 nəfər iş materialları ilə tanış olur. Daha sonra iş məhkəməyə veriləcək.

Qeyd edək ki, ötən il martın 22-də Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən Krokus Konsert salonuna terror hücumu olub, nəticədə 6-sı uşaq olmaqla, 145 nəfər həyatını itirib, 551 nəfər yaralanıb.

Oxşar xəbərlər

“Crocus”da törədilən terror aktı ilə bağlı istintaq başa çatıb
Moskvada müdafiə müəssisəsinin rəhbərinə qarşı terror aktının qarşısı alınıb
Emin Ağalarov: Bu terror aktı şəxsən mənə və ailəmə toxunub
“Crocus City Hall”da terror aktı ilə bağlı istintaq başa çatıb
Putin: “Crocus”da terror aktı radikal islamçıların əli ilə törədilib”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle