Moskva Londona xəbərdarlıq edib
Rusiya Böyük Britaniyaya xəbərdarlıq edib ki, London diplomatlarla insidentdən sonra eskalasiyaya gedərsə, Moskva tərəfindən qətiyyətli cavab alacaq.
Sizinxeber.az-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, martın 10-da Böyük Britaniyanın Moskvadakı səfirliyinin nümayəndəsi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Diplomatik missiyanın bəzi əməkdaşlarının Rusiyaya daxil olmaq üçün icazə alarkən bilərəkdən yalan məlumatlar verməsi ilə bağlı aşkarlanmış faktlarla bağlı Britaniya tərəfinə qəti etiraz bildirilib.
Britaniyalı diplomata məlumat verilib ki, Rusiya qanunvericiliyinin pozulması, habelə həmin əməkdaşların Britaniya kəşfiyyat xidmətlərinə aid olduğunu göstərən Rusiya səlahiyyətli orqanlarına daxil olan məlumatlar nəzərə alınmaqla və 1961-ci il Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasının 9-cu maddəsinə uyğun olaraq, həmin şəxslərin akkreditasiyası ləğv edilir. Onlar iki həftə ərzində Rusiya Federasiyasının ərazisini tərk etməlidirlər.
Moskvanın Britaniya kəşfiyyatının elan edilməmiş əməkdaşlarının Rusiya ərazisində fəaliyyətinə dözməyəcəyi və Rusiyanın bu məsələdə barışmaz xəttinin milli təhlükəsizlik maraqlarına uyğun formalaşdırılacağı bir daha vurğulanıb.
Britaniya vətəndaşlarına Rusiya vizası üçün müraciət edərkən özləri haqqında yalnız dəqiq və dolğun məlumat vermələri tövsiyə olunub.
Həmçinin xəbərdarlıq edilib ki, London vəziyyəti gərginləşdirərsə, Rusiya tərəfi qətiyyətli cavab verəcək.
Oxşar xəbərlər
Britaniyanın Rusiyadakı səfirinə etiraz notası verilib
Finlandiya səfiri Rusiya XİN-ə çağırılıb
Rusiya Kanadaya nota verib
Britaniyanın Rusiyadakı səfirliyinin nümayəndəsi XİN-ə çağırılıb
Rusiya 30 Britaniya vətəndaşına sanksiya tətbiq edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Balaca Heydərin iki oğlu var” - Prezident
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
Oyun zamanı meydançada öldü
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir












