Finlandiya səfiri Rusiya XİN-ə çağırılıb
sizinxeber.az xəbər saytı

Finlandiya səfiri Rusiya XİN-ə çağırılıb


Finlandiya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Sizinxeber.az-nın Moskva müxbiri xəbər verir ki, oktyabrın 30-da Finlandiyanın Rusiyadakı səfiri M.Liivala Helsinkinin Rusiyaya məxsus 45 daşınmaz əmlakı müsadirə edən Finlandiya Məhkəmə İcraçıları Xidmətinin hərəkətlərinə sərt etiraz bildirmək üçün Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.


Rusiya tərəfi Finlandiyadan 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının müddəalarını kobud şəkildə pozan bu qeyri-qanuni qərara tez bir zamanda yenidən baxılmasını tələb edib.

Səfirə bildirilib ki, əks halda Finlandiya hakimiyyətinin bu cür hərəkətlərinin nəticələrinə görə məsuliyyət Helsinkinin üzərinə düşəcək. Lazım gələcəyi təqdirdə, Rusiya tərəfinin cavab tədbirləri görəcəyi qeyd olunub.

Oxşar xəbərlər

Rusiya Finlandiyaya etiraz notası göndərib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Finlandiya Rusiya ilə sərhəddəki iki nəzarət-buraxılış məntəqəsini bağlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya səfiri Cənubi Koreya XİN-ə çağırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya səfiri Böyük Britaniya XİN-ə çağırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya gəmisi Finlandiyanın ərazi sularını pozub [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər