Rusiyada qanunu pozan miqrantların reyestri yaradılıb
sizinxeber.az xəbər saytı

Rusiyada qanunu pozan miqrantların reyestri yaradılıb


Rusiya Daxili İşlər Nazirliyinin saytında nəzarət edilən şəxslərin reyestri yaradılıb.

APA-nın Moskva bürosu xəbər verir ki, həmin reyestrdə xarici vətəndaşların məlumatlarını yoxlamaq mümkündur.

Qeyd edək ki, fevralın 5-də Rusiyada ötən ilin sonunda qəbul olunan sərtləşdirilmiş miqrasiya qanunları qüvvəyə minib. Həmin qanunlardan biri də qanunu pozan miqrantların reyestrinin yaradılmasıdır.

Daxili İşlər Nazirliyi miqrantların reyestrinə kimlərin daxil ediləcəyini açıqlayıb. Belə ki, xarici vətəndaşlar haqqında məlumatlar reyestrə Rusiya ərazisində müvəqqəti olma, müvəqqəti yaşama icazəsi, yaşayış icazəsi, patent, iş icazəsi, əmək müqaviləsinin müddəti bitdikdə, habelə qaçqın kimi tanınmaqdan və müvəqqəti sığınacaq verilməsindən imtina etdikdə daxil edilir.

Oxşar xəbərlər

Rusiyada nikah yolu ilə yaşamaq icazəsi almaq çətinləşdirilib
Rusiyada miqrantların həkim və müəllim peşələrində çalışması qadağan oluna bilər
20 min əcnəbi Rusiyadan çıxarılacaq
Rusiyada olan qanunsuz miqrantların sayı açıqlanıb
Rusiya vətəndaşlarının Azərbaycanda müvəqqəti olma müddəti 180 gündən 90 günə endirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər