Bakıda saxlanılan keçmiş məhkəmə hakimi Rusiyaya ekstradisiya ediləcək - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Bakıda saxlanılan keçmiş məhkəmə hakimi Rusiyaya ekstradisiya ediləcək - YENİLƏNİB


Rusiyada axtarışda olan keçmiş məhkəmə hakimi Yelena Xaxalyeva Bakıda Heydər Əliyev Beynəlxalq Hava Limanında DİN-in Hava Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Sizinxeber.az xəbər verir ki, sabiq hakimin Bakıda ötən həftə saxlanıldığı bildirilir.

Onunla bağlı Xəzər Rayon Məhkəməsində prokurorluğun təqdimatına baxılıb.

Yanvarın 24-də Xəzər Rayon Məhkəməsində hakim Ramilə Xəzrinin sədrliyi ilə keçirilən prosesdə Yelena Xaxalyeva barəsində 40 gün müddətində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarılıb.

Həbs qətimkan tədbiri onun ektradisiyası ilə bağlı hüquqi prosedurları həyata keçirmək məqsədi ilə seçilib.

Rusiya tərəfindən ekstaradisiya ilə bağlı zəruri sənədlər təqdim olunandan sonra Bakı Ağır Cinayətlər Məhkəməsində Yelena Xaxalyevanın ekstradisiyası məsələsinə baxılacaq.

***

12.56

Yanvarın 27-də Bakıda saxlanılan rusiyalı keçmiş məhkəmə hakimi Yelena Xaxalyeva ölkəsinə ekstradisiya ediləcək.

Sizinxeber.az xəbər verir ki, bu barədə RİA “Novosti” mənbəyə istinadən məlumat yayıb.

Bakıda saxlanılan sabiq hakim məhkəmənin qərarından sonra Rusiyaya ekstradisiya olunacaq.

Qeyd edək ki, Rusiya tərəfi bir müddət əvvəl onun barəsində dələduzluq və xidməti vəzifəsindən sui-istifadə ittihamları ilə axtarış elan edib və Rostov-na-Don məhkəməsi qiyabi həbs qərarı çıxarıb. Xaxalyevanın hava limanında saxlanılmasından Rusiyanın müvafiq orqanlarından onun ekstradisiyası üçün zəruri sənədlər istənilib. İstintaqın versiyasına görə, o, hiylə ilə təxminən 1,2 milyon rubl ələ keçirib, həmçinin iş saatlarının uçotu ilə bağlı sənədləri saxtalaşdırıb. Rusiyanın İstintaq Komitəsi Xaxalyevanın barəsində həbs qərarı çıxarıb və onu beynəlxalq axtarışa verib, 2022-ci il mayın 17-də ona qarşı dələduzluq və vəzifə saxtakarlığı ittihamları irəli sürülüb.

Oxşar xəbərlər

Bakıda saxlanılan keçmiş məhkəmə hakimi Rusiyaya ekstradisiya ediləcək
Rusiyada axtarışda olan keçmiş məhkəmə hakimi Bakıda saxlanılıb
Famil Xəlilov ev dustaqlığına buraxılıb
"Meydan TV” əməkdaşları və daha bir neçə nəfər həbs olunub
Məhkəmə Rüfət Səfərovla bağlı qərar verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər