Rusiyada axtarışda olan keçmiş məhkəmə hakimi Bakıda saxlanılıb
Rusiyada axtarışda olan keçmiş məhkəmə hakimi Yelena Xaxalyeva Bakıda saxlanılıb.
APA xəbər verir ki, bu barədə məlumatı “iz.ru” yayıb.
Billdirilib ki, o, Bakıdan Dubaya uçmaq istəyərkən hava limanında saxlanılıb. Artıq Rusiyanın müvafiq orqanlarından Xaxalyevanın ekstradisiyası üçün zəruri sənədlər istənilib.
Müvafiq qərar da məhz həmin sənədlər təqdim edildikdən sonra veriləcək.
Xaxalyeva dələduzluq və xidməti vəzifəsindən sui-istifadə etməkdə təqsirləndirilir. Rusiya hüquq-mühafizə orqanlarındakı mənbələrin nəşrə bildirdiyinə görə, Xaxalyevanın ekstradisiyası barədə qərarı Azərbaycan hakimiyyəti verəcək. Rostov-na-Don məhkəməsi keçmiş hakim barəsində qiyabi həbs qərarı çıxarıb. İstintaqın versiyasına görə, o, hiylə ilə təxminən 1,2 milyon rubl ələ keçirib, həmçinin iş saatlarının uçotu ilə bağlı sənədləri saxtalaşdırıb. Rusiyanın İstintaq Komitəsi Xaxlayevanın barəsində həbs qərarı çıxarıb və onu beynəlxalq axtarışa verib, 2022-ci il mayın 17-də ona qarşı dələduzluq və vəzifə saxtakarlığı ittihamları irəli sürülüb.
Oxşar xəbərlər
Rusiyada oğurluğa görə axtarışda olan azərbaycanlı Bakıda tutulub
Sabunçuda axtarışda olan silahlı şəxs saxlanılıb
Oğurluq etdiyi üçün axtarışda olan şəxs saxlanılıb
Məhkəmə Rüfət Səfərovla bağlı qərar verib
Rusiyada azərbaycanlı hüquqşünas Elman Paşayevə qarşı xüsusilə külli miqdarda dələduzluq ittihamı irəli sürülüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













