Kreml Ermənistanın həm Aİ, həm də Aİİ-nin tərkibində ola biləcəyinə şübhə ilə yanaşır
sizinxeber.az xəbər saytı

Kreml Ermənistanın həm Aİ, həm də Aİİ-nin tərkibində ola biləcəyinə şübhə ilə yanaşır


Ermənistanın Avropa İttifaqına daxil olması onun suveren hüququdur, lakin iki müxtəlif təşkilatın üzvü olmaq mümkün deyil.

Sizinxeber.az-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov Ermənistan hökumətinin ölkənin Avropa İttifaqına üzvlüyü prosesinin başlanması ilə bağlı qərar layihəsini təsdiqləməsinə münasibət bildirərkən deyib.

"Bu Aİ-yə üzvlük nə deməkdir? Bunu indidən söyləmək çətindir, çünki əlbəttə ki, iki fərqli təşkilatın üzvü olmaq, hipotetik desək, mümkün deyil. Əlbəttə, bu, Ermənistanın suveren hüququdur. Biz bilirik ki, Avrasiya İqtisadi İttifaqına üzvlük faydalıdır", deyə Kremlin rəsmi nümayəndəsi Moskvanın mövqeyini açıqlayıb.

Qeyd edək ki,
Ermənistan hökuməti bu gün ölkənin Aİ-yə üzvlüyü prosesinin başlanması ilə bağlı qərar layihəsini təsdiqləyib.

Oxşar xəbərlər

Kreml Paşinyanın KTMT ilə bağlı ittihamlarına cavab verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Peskov: Ermənistanın Aİ və Aİİ-də eyni zamanda üzvlüyü mümkün deyil [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hökumət Ermənistanın Aİ-yə üzvlük prosesinin başlanması ilə bağlı qərar layihəsini təsdiqləyib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya XİN Ermənistanın Aİİ-yə sədrliyini Moskva üçün təhlükə hesab etmir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Peskov: Kreml Moldova və Gürcüstandakı seçkilərə müdaxilə etməyə çalışmır [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər