Rusiyada sosial evdə baş verən yanğın nəticəsində 2 nəfər ölüb, 8 nəfər itkin düşüb  - VİDEO
sizinxeber.az xəbər saytı

Rusiyada sosial evdə baş verən yanğın nəticəsində 2 nəfər ölüb, 8 nəfər itkin düşüb - VİDEO


Rusiyanın Kirov vilayətində sosial evdə baş verən yanğın nəticəsində 8 nəfər itkin düşüb.

APA xəbər verir ki, Yanğın rayonun Kilmez qəsəbəsində baş verib.

Belə ki, ani başlayan yanğın tez bir zamanda 11 təqaüdçünün yaşadığı taxta evi bürüyüb.

Məlumata görə, hadisə nəticəsində iki nəfər ölüb. Azı altı nəfərin taleyi isə hələlik məlum deyil. Onların yanğın zamanı binada olub-olmaması bəlli deyil.

Hazırda itkin düşmüş şəxslərin axtarışı davam edir. Sosial evdə yaşayan digər şəxslər təxliyə edilib.

Yanğının səbəbi hələlik məlum deyil.

Oxşar xəbərlər

Rusiyada sosial evdə baş verən yanğın nəticəsində 2 nəfər ölüb, 8 nəfər itkin düşüb
Beyləqanda evdə yanğın olub, 1 nəfər xəsarət alıb
İstanbul sahillərindəki gəmidə yanğın olub, 2 nəfər ölüb
Hindistanda xəstəxanada yanğın baş verib, ölənlər var
Azərbaycanlı milyarderin bazarı yanır: xəsarət alan var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər