Azərbaycanlı milyarderin bazarı yanır: xəsarət alan var
sizinxeber.az xəbər saytı

Azərbaycanlı milyarderin bazarı yanır: xəsarət alan var


Moskvada yəhudi əsilli azərbaycanlı milyarderlər Qod Nisanov və Zarax İliyevə məxsus “Sadovod” bazarında yanğın baş verib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, “Sadovod”un ərazisi qatı boz-qara tüstüyə bürünüb:

“Hadisə nəticəsində bir nəfər xəsarət alıb, 350 nəfər təxliyə edilib. Bazar yerində yanğınsöndürmə və xilasedicilər işləyir. Yanğın alış-veriş pavilyonlarında baş verib. Hazırda ziyarətçi və işçilərin təxliyəsi davam edir”.

Bildirilir ki, yanğının söndürülməsi güclü yanğın səbəbindən çətinləşib.

Qeyd edək ki, bu, “Sadovod” ərazisində baş verən ilk yanğın deyil. Bu ilin iyun ayında orada üç ticarət pavilyonu yanıb.

Oxşar xəbərlər

Rostovun məşhur bazarındakı yanğın söndürüldü [xfgiven_updateblue][/xfgiven_updateblue]
Masallıda bazarda baş verən dəhşətli yanğın məhdudlaşdırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Dərnəgül” bazarında güclü yanğın səbəbindən ölən var - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Binəqədi rayonunda baş verən yanğında altı nəfər xəsarət alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
TƏBİB Bakıdakı yanğınla bağlı məlumat yaydı [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər