Ukrayna PUA-larla Adıgeyə hücum edib, hərbi aerodrom vurulub
sizinxeber.az xəbər saytı

Ukrayna PUA-larla Adıgeyə hücum edib, hərbi aerodrom vurulub


Ukrayna PUA-larla Rusiyanın Adıgey Respublikasında yerləşən hərbi aerodroma hücum edib.

APA-nın Rusiya bürosu xəbər verir ki, PUA hücumundan sonra aerodrom ərazisində yanğın başlayıb. Nəticədə hərbi aerodroma bitişik olan qəsəbə təxliyə olunub.

Adıgeyin rəhbəri Murad Kumpilov bildirib ki, Maykop ətrafı Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb və yanğın baş verib. Onun sözlərinə görə, aerodroma bitişik olan Rodnikovıy qəsəbəsinin sakinləri təxliyə olunur.

1,3 min nəfər insanın təxliyə edildiyi bildirilir.

Kumpilov PUA hücumu nəticəsində xəsarət alanların olmadığını söyləyib.

Oxşar xəbərlər

Ukrayna PUA-larla Rusiya ərazisinə hücum edib
Rusiyanın Lipetsk vilayəti Ukrayna ordusunun hücumuna məruz qalıb
Ukrayna Rusiyanın Lipetsk vilayətinə kütləvi PUA hücumu həyata keçirib
Ukrayna PUA-larla Lipetskə hücum etdi: Hərbi aerodromda yanğın baş verib
Rostov vilayəti 55 pilotsuz təyyarənin hücumuna məruz qalıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər