Putin: Yerdəki reallıqlara əsaslanan sülh sazişi üçün istənilən varianta hazırıq
sizinxeber.az xəbər saytı

Putin: Yerdəki reallıqlara əsaslanan sülh sazişi üçün istənilən varianta hazırıq


Yerdəki reallıqlara əsaslanan sülh sazişi üçün istənilən variantı nəzərdən keçirməyə hazırıq.

Sizinxeber.az-nın Rusiya bürosu xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Kazanda baş tutan BRİCS 2024 sammitinin yekunlarına dair mətbuat konfransında Ukrayna ilə danışıqların mümkünlüyü haqqında danışarkən bildirib.

Onun sözlərinə görə, Zelenski danışıqlara hazır deyil, çünki o, seçki keçirməli olacaq.

Putin qeyd edib ki, Kiyev rejiminin rəhbərləri danışıqları sadəcə olaraq istəmirlər: "Danışıqların başlaması Ukraynada prezident seçkilərinə səbəb olacaq hərbi vəziyyətin ləğvinə gətirib çıxaracaq. Görünür, Zelenski buna hazır deyil. Top onların meydançasındadır. Rusiya yerdəki reallıqlara əsaslanan istənilən sülh sazişlərini nəzərdən keçirməyə hazırdır. Bundan başqa heç nəyə hazır deyilik".

Oxşar xəbərlər

Putin Qərbə xəbərdarlıq edib: Rusiya gərginliyə hazırdır
Putin: Rusiya Ukraynadakı münaqişəyə son qoymaq üçün dialoq aparmağa hazırdır
Putin Kiyevin Ərdoğanın sülh danışıqları təklifindən imtina etdiyini açıqlayıb
Kazanda BRICS-in XVI sammitinin geniş tərkibdə iclası keçirilib
Rusiya və Çin liderləri Kazanda görüşüblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər