İranın Xoy şəhərində 4,5 maqnitudalı zəlzələ qeydə alınıb.

Bu barədə Oxu.Az-a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.

Qeyd olunub ki, yerli vaxtıla 01:25-də baş verən zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.

Zəlzələ Naxçıvan Muxtar Respublikasının episentrə yaxın sərhəd rayonlarında 3 bala qədər hiss olunub.

02:00

İranın Qərbi Azərbaycan vilayətində 4.5 maqnitudalı zəlzələ baş verib.

Oxu.Az "Report"a istinadən xəbər verir ki, yeraltı təkanlar Naxçıvanda da hiss olunub.

Bakı vaxtı ilə 01:25-də baş verən zəlzələnin ocağı 7.16 km dərinlikdə yerləşib.