İspaniyanın məşhur tennisçisi Rafael Nadal "Real Madrid" futbol klubunun İdarə Heyətinə üzv seçilib.

Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

40 yaşlı sabiq tennisçi klubun növbədənkənar iclasında keçirilən səsvermədə iştirakçıların 99.5 faizinin dəstəyini qazanıb.

"Real Madrid"in İdarə Heyətinin üzvü olmaq böyük məsuliyyətdir. Bu kluba sevgi valideynlərdən övladlara ötürülür və insanları birləşdirir. Mənim üçün ailəm və dostlarımla birlikdə oyunları izləmək imkanıdır. Bu, böyük şərəfdir", - deyə Nadal yeni vəzifəsi ilə bağlı fikirlərini bölüşərkən qeyd edib.

Qeyd edək ki, Rafael Nadal karyerası ərzində 22 dəfə "Böyük dəbilqə" turnirlərinin qalibi olub. O, "Real Madrid"in azarkeşidir. Tennisçinin əmisi Anxel Nadal isə vaxtilə İspaniya millisində və "Barselona" klubunda futbolçu kimi çıxış edib.