"Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen "Formula-1" üzrə dünya çempionatının 21-ci mərhələsi olan Las-Veqas Qran-prisinin qalibi olub.

Oxu.Az xəbər verir ki, ikinci yeri "McLaren" komandasının britaniyalı pilotu Lando Norris tutub.

İlk üçlüyü onun komanda yoldaşı, avstraliyalı Oskar Piastri tamamlayıb.

Növbəti mərhələnin noyabrın 27-dən 29-dək Qətərdə keçirilməsi planlaşdırılır.