Alen Simonyan: Azərbaycanın Qarabağdakı hərbi əməliyyatları legitim əsaslara, eləcə də BMT-nin qətnamələrinə söykənirdi
Azərbaycanın Qarabağdakı hərbi əməliyyatları legitim əsaslara, eləcə də BMT-nin qətnamələrinə söykənirdi.
Sizinxeber.az xəbər verir ki, bunu Ermənistan Parlamentinin spikeri Alen Simonyan "Azadlıq" Radiosunun Erməni Xidmətinə müsahibəsində deyib.
Spiker həmçinin Ermənistan tərəfinin İkinci Qarabağ müharibəsi dövründə beynəlxalq ictimaiyyətdən lazımi reaksiya almadığını da qeyd edib:
"Buna səbəb həm də bizim tərəfdən legitim hüquqların mövcud olmaması ilə əlaqədar idi. Azərbaycan Qarabağda əməliyyatları BMT-nin 4 qətnaməsinə istinad edərək həyata keçirmişdi".
A. Simonyan eyni zamanda həm Ermənistan, həm də Azərbaycana düşmən olan ölkələrin sülh danışıqlarının dalana dirənməsini istədiyini açıqlayıb:
"Biz Ermənistan və Azərbaycan arasında sülh prosesinin dalana dirənməsinə imkan verməməliyik. Hər iki ölkəyə düşmən mövqedə olan dövlətlər məhz bunu istəyirlər" - A. Simonyan belə deyib.
Sonda Erməni spiker tərəflər arasında sülh müqaviləsinin imzalanmasının "3+3" formatı çərçivəsində reallaşması təklifinə də toxunub:
"Hesab edirəm ki, biz bu variantı nəzərdən keçirəcəyik. Lakin başa düşmürəm ki, hazırda mövcud olan variantdan başqa üsul nəyə lazımdır".
Oxşar xəbərlər
Alen Simonyan: Azərbaycanın Qarabağdakı hərbi əməliyyatları BMT-nin qətnamələrinə söykənirdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Simonyan: Azərbaycan Qarabağda əməliyyatı BMT qətnamələri əsasında həyata keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Simonyan Ermənistanın KTMT-dən çıxacağını istisna etməyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Simonyan qohumunu Parisə aparmaq üçün parlamentdə işə götürüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Erməni spiker “Ermənistan-Dağlıq Qarabağ parlamentlərarası komissiyası”nın buraxılmasının zəruri olduğunu bildirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












