ABŞ İnstitutu: Rusiya “Şahed” kamikadze dronlarını təkmilləşdirib
sizinxeber.az xəbər saytı

ABŞ İnstitutu: Rusiya “Şahed” kamikadze dronlarını təkmilləşdirib


Rusiya “Şahed” kamikadze dronlarını təkmilləşdirib.

Sizinxeber.az xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) Ukraynanın mobil hava hücumundan müdafiə bölmələrinin hərbçilərinə istinadən məlumat paylaşıb.

Bildirilib ki, təkmilləşdirmələr nəticəsində sözügedən dronlar indi daha yüksəkdən və daha sürətlə uça bilirlər.

Hərbçilər qeyd ediblər ki, əvvəllər aşağı sürətə və çətin manevr imkanlarına malik “Şahed” dronları aşağı hündürlükdə uça bilirdi. Lakin Rusiya qoşunları ötən dövrdə dronun komponentlərini təkmilləşdirərək ona sürət və hündürlük qazandırıblar.

Ukrayna hərbçiləri paralel olaraq Ukraynanın da PUA-lara qarşı mübarizə taktikalarını və vasitələrini təkmilləşdirdiyini, indi zərbələrə qarşı effektiv mübarizə apara bildiyini qeyd ediblər.

Oxşar xəbərlər

Zelenski: Sentyabrda Rusiya Ukraynaya qarşı 640-dan çox “Şahed” pilotsuz təyyarəsindən istifadə edib
Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi olub
Ukrayna Kurskda əsir götürülən 103 hərbçini Rusiyaya qaytarıb
KİV: İran Rusiyanın Ukraynadakı müharibəsi üçün yeni PUA hazırlayıb
Rusiyada 130 min nəfər hərbi xidmətə çağırılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle