Rusiyada göyərtəsində 22 nəfər olan helikopter radarlardan itib  - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Rusiyada göyərtəsində 22 nəfər olan helikopter radarlardan itib - YENİLƏNİB


Kamçatkada radardan itən helikopterin göyərtəsində 22 nəfər olub.

Sizinxeber.az-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyi-Rosaviasiya məlumat yayıb.

Bildirilib ki, 22 nəfər arasında üç ekipaj üzvü və 19 sərnişin var. “112” teleqram kanalı Mi-8-də turistlərin ola biləcəyini yazıb.

Rusiya İstintaq Komitəsi Mi-8 helikopterinin Kamçatkada Vaçkajets vulkanı yaxınlığında yoxa çıxdığını, hərəkət təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarının pozulması ilə bağlı araşdırma aparıldığını açıqlayıb.

***

10:49

Rusiyanın Kamçatka vilayəti ərazisində “Mi-8” helikopteri yoxa çıxıb.

Sizinxeber.az-nın “interfax.ru”ya istinadən xəbərinə görə, Yelizovsk rayonunun Nikolayevka qəsəbəsinə istiqamətlənən “Vityaz Aero” adlı helikopter bir neçə dəqiqədən sonra radarlardan itib.

Hazırda onun tapılması istiqamətində tədbirlərin görüldüyü bildirilib.

Qeyd edək ki, onun göyərtəsində iki pilot və bir nəfər mühəndis olub.

Fərid Əkbərov

Fərid Azəri

Oxşar xəbərlər

Rusiyada "Mi-8" helikopteri radarlardan itib, axtarışlara başlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiyada helikopter göyərtəsindəki ekipajla birlikdə yoxa çıxıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiyada sərnişin qatarı relsdən çıxıb, yaralılar var [xfgiven_updateblue][/xfgiven_updateblue]
İbrahim Rəisinin öldüyü helikopter qəzası ilə bağlı istintaq başa çatıb, nəticə məlum olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiyada sərnişin qatarı relsdən çıxıb, çoxlu yaralı var - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər