"Rosselxoznadzor” Azərbaycandan iki şirkətin süd məhsullarının Rusiyaya idxalına qadağa qoyub
“Rosselxoznadzor” 11 iyul 2025-ci il tarixindən Azərbaycanın “ALLBUY” MMC və “MILK PRODUCTS” MMC müəssisələri tərəfindən istehsal olunan bütün növ süd məhsullarının Rusiyaya idxalına qadağa tətbiq edib.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə “Rosselxoznadzor” məlumat yayıb.
Bildirilib ki, qərar Azərbaycan tərəfinin Rusiyaya idxal edən adıçəkilən süd məhsulları istehsalçılarının Rusiya Müfəttişliyi Xidməti tərəfindən yoxlama aparılmasından imtina etməsi və onların öz məhsullarının Rusiyaya bundan sonra çatdırılmasında maraqlı olmaması əsasında qəbul edilib.
“Belə ki, “Rosselxoznadzor” Azərbaycanın səlahiyyətli orqanına məhsullarını Rusiya alıcılarına göndərməkdə davam edən 5 süd məhsulları istehsalı müəssisəsində yaxın vaxtlarda yoxlama aparmağa hazır olması barədə məlumat göndərib.
Bu şirkətlərə qarşı görülən tədbirlər Avrasiya İqtisadi İttifaqı qanunvericiliyinə riayət olunmasına nəzarət etmək və onların Avrasiya İqtisadi İttifaqı və Rusiyanın tələb və standartlarına uyğunluğuna dair əvvəllər verilmiş təminatları yoxlamaq, habelə “Rosselxoznadzor” mütəxəssisləri tərəfindən 2024-cü ildə yoxlamalar zamanı aşkar edilmiş çatışmazlıqların nəzərə alınmasını özündə ehtiva edirdi. Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, süd məhsulları (yağ və pendirlər) istehsal edən “ALLBUY” MMC və süd məhsulları (yağ) istehsal edən və emalı ilə məşğul olan “MILK PRODUCTS” MMC öz mallarının Rusiyaya ixracında daha maraqlı deyil”, - məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Rusiya Kənd Təsərrüfatı Nəzarəti: Azərbaycanın iki şirkəti Rusiyaya süd məhsulları tədarükündə maraqlı deyil [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Rosselxoznadzor": Azərbaycandan Rusiyaya 29,3 milyon yumurta tədarük edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycandan Rusiyaya 18 ton yumurta göndərilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Rosselxoznadzor” Ermənistandan kürü idxalı zamanı pozuntular aşkarlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Rusiyaya yumurtanın üçüncü partiyasını tədarük edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












