Moskvanın mərkəzində mobil internet məhdudiyyətləri qüvvəyə minib
sizinxeber.az xəbər saytı

Moskvanın mərkəzində mobil internet məhdudiyyətləri qüvvəyə minib


Moskvanın mərkəzində mobil internet məhdudiyyətləri qüvvəyə minib.

APA-nın Rusiya bürosu xəbər verir ki, təhlükəsizlik tədbirləri ilə əlaqədar Moskvanın mərkəzi rayonlarında mobil internet söndürülüb. Eyni zamanda SMS mesajlarının qəbulu və göndərilməsi xidmətinə də məhdudiyyət tətbiq olunub.

Məhdudiyyətlər ancaq Moskvanın mərkəz rayonlarına aiddir. Mərkəzdən kənar rayonlarda mobil internet söndürülməyib.

Qeyd edək ki, Qırmızı Meydanda 9 May Paradının keçirilməsi ilə əlaqədar Moskvada təhlükəsizlik tədbirləri gücləndirilib. Kreml ətrafındakı küçələr və metro stansiyaları bağlanıb. Moskva metrosunun Qırmızı Meydan və ona yaxın ərazidə yerləşən 12 stansiyasına giriş və çıxışa məhdudiyyət qoyulub. Məhdudiyyətlərin yerli vaxtla saat 14-ə qədər qüvvədə qalacağı bildirilib.

Oxşar xəbərlər

Moskvada internetə çıxış məhdudlaşdırıla bilər
Moskvada 9 Mayda mobil internet məhdudlaşdırılacaq
Mayın 9-da Moskvada mobil internet tam söndürüləcək
Rusiyanın 30-dan çox şəhərində mobil internet kəsilib
Moskva yenidən kütləvi dron hücumuna məruz qalıb: 44 PUA vurulub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər