Ukraynanın energetika naziri: Azərbaycan qazının idxalını davam etdirə bilərik » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
18 
avq
2025
16:50

Ukraynanın energetika naziri: Azərbaycan qazının idxalını davam etdirə bilərik

18 avq, 2025
16:50
282

Ukraynanın energetika naziri: Azərbaycan qazının idxalını davam etdirə bilərik

Azərbaycan qazının Transbalkan dəhlizi vasitəsilə Ukraynaya nəqlini nəzərdə tutan pilot layihə artıq başa çatıb. Hazırda bu cür tədarüklərin davam etdirilməsi üçün yeni müqavilənin hazırlanması üzərində iş aparılır.

APA xəbər veriri ki, bu barədə “RBK-Ukrayna”ya verdiyi açıqlamada Ukraynanın Energetika naziri Svetlana Grinçuk bildirib.

“Hazırda danışıqlar aparırıq. Azərbaycan bu məsələdə maraqlıdır. Əgər müqavilə imzalansa, (qaz tədarükünü 2025-ci ildə də – red.) davam etdirəcəyik”, – deyə Grinçuk qeyd edib.

Nazir əlavə edib ki, bu sahədə risklər də mövcuddur, çünki son vaxtlar ruslar idxal əməliyyatlarını təmin edən qaz infrastrukturuna hücumları artırıblar.

Bizimlə əlaqə saxlayın