Kreml Azərbaycan qazının Ukraynadan Aİ-yə tədarükünə dair müqavilənin perspektivindən danışıb
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Avropa İttifaqı ilə Azərbaycan arasında Ukraynanın qaz nəqli sistemi (QTS) vasitəsilə qaz tədarükünə dair mümkün müqavilənin perspektivlərini proqnozlaşdırmayıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, Kremlin sözçüsü bunu kommersiya danışıqları adlandırıb.
“Bunlar kommersiya danışıqlarıdır. Prezidentin Kazanda keçirdiyi mətbuat konfransında danışdığı vəziyyəti siz də, mən də bilirik. Bu ilin sonunda başa çatan qaz nəqli müqaviləsi ilə bağlı sual verildi. Hadisələrin necə cərəyan edəcəyini, Ukraynanın artıq bu sazişi uzatmaqdan imtina etdiyini nəzərə alaraq, tədarükün necə təmin ediləcəyini indi deyə bilmərəm”, - Peskov “Bloomberg”in Aİ-dən adları açıqlanmayan qaz alıcılarının 31 dekabrdan sonra Ukrayna qaz nəqli sistemi vasitəsi ilə Azərbaycanın SOCAR şirkətindən 12-14 milyard kubmetr qaz tədarükünə dair müqavilə imzalamağa yaxın olması ilə bağlı məlumatını şərh edərkən deyib.
Oxşar xəbərlər
Kreml İranın Rusiyaya yaxın mənzilli raketlər göndərməsi ilə bağlı yayılan məlumatları yalan adlandırıb
Kreml Ukraynanın Qələbə planına münasibət bildirib
Kreml Ukraynanın qaz tranziti müqaviləsini uzatmaqdan imtina etməsinə münasibət bildirib
Kreml İranın Rusiyaya raket tədarükü ilə bağlı yayılan məlumatlara münasibət bildirib
Kreml: Ukraynanın ABŞ-nin uzaqmənzilli silahları ilə Rusiya ərazisinin dərinliklərinə zərbə endirəcəyini nəzərə alırıq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













