Banqladeşdə hindli qətliamı: Uşaqlar öldürülür, qadınlara təcavüz edilir, məbədlər yandırılır... - VİDEO
Banqladeşdə Şeyx Hasina hökuməti devriləndən sonra hindlilərə qarşı vəhşiliklər başlayıb.
Oxu.Az-ın verdiyi məlumata görə, sosial şəbəkələrədə bununla bağlı dəhşətli görüntülər paylaşılır.
Müxtəlif mənbələrin sözlərinə görə, 1000-dən çox insan öldürülüb.
"Cəmaat-i İslami terrorçuları hindli qadınları zorlayır və oğurlayır. Onlar hindlilərin evlərini, hətta kişi, qadın və uşaqları yandırırlar. Bu, həqiqətən də Banqladeşdəki hindlilər üçün çox pis bir dövrdür", - deyə istifadəçilərdən biri paylaşdığı qorxunc görüntüyə şərh yazıb.
Məlumata görə, bir çox yerlərdə məbədlər də vandalizm aktlarına məruz qalıb.
"The Economic Times"ın məlumatına görə, təkcə bazar günü hindlilərin evləri və məbədləri, o cümlədən "Iskcon" (Beynəlxalq Krişna Şüuru Cəmiyyəti) və Kali məbədlərinə edilən hücumda 100 nəfər ölüb.
Bildirilir ki, hindli icmalarına hücumların səbəbi yerli torpaq məsələsi ilə bağlı mübahisə olub. Eyni zamanda, hücum edənlərin icmalararası gərginliyi qızışdırmağa çalışan ekstremist qruplarla əlaqəli olduğu iddia edilir.
Xatırladaq ki, Bangladeşdə etirazlar iyun ayında başlayıb. Tələbələr dövlət vəzifələri üçün kvotaların ləğvini tələb ediblər. Avqustun 4-də iğtişaşlar kəskin şəkildə güclənib. Hökumət ölkədə komendant saatı tətbiq edib. Lakin kütləni sakitləşdirmək mümkün olmayıb. Avqustun 5-də Banqladeşin Baş naziri Şeyx Hasina istefa verib və Hindistana qaçıb. O, Britaniyadan sığınacaq almaq istəyir.
Oxşar xəbərlər
Banqladeşdə etirazlar zamanı toqquşmalarda 12 nəfər ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Banqladeşdə iğtişaşlar zamanı ölənlərin sayı 67 nəfərə çatıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Banqladeşdə iğtişaşlar zamanı ən azı 300 nəfər ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Banqladeşdə etirazçılar parlament binasına soxulublar [xfgiven_updateblue][/xfgiven_updateblue]
Banqladeşdə polis nümayişçilərə atəş açıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












