Banqladeşdə etirazlar zamanı toqquşmalarda 12 nəfər ölüb
sizinxeber.az xəbər saytı

Banqladeşdə etirazlar zamanı toqquşmalarda 12 nəfər ölüb


Banqladeşdə polis, etirazçılar və hakim partiya fəalları arasında toqquşmalarda azı 12 nəfər ölüb, onlarla insan yaralanıb.

“Report”un məlumatına görə, bu barədə “Reuters” xəbər verib.

Qeyd olunur ki, polis Baş nazir Şeyx Hasini istefaya çağıran on minlərlə etirazçını dağıtmaq üçün gözyaşardıcı qaz və səsli qumbaradan istifadə edib.

Məlumata görə, bazar günü ölkə daxilində bərpa olunan etiraz aksiyaları zamanı nümayişçilər əsas magistral yolları bağlayıblar, işə gedən iki inşaatçı ölüb, 30 nəfər üçtərəfli toqquşma nəticəsində yaralanıb.

Agentlik bildirib ki, Pabn rayonunun şimal-şərq bölgəsində hakim partiyanın fəalları və etirazçıların toqquşması zamanı azı üç nəfər ölüb, 50 nəfər yaralanıb. Daha iki nəfər Boqura dairəsinin şimal dairəsində, beş nəfərsə digər dörd rayonda ölüb.

Oxşar xəbərlər

Banqladeşdə etiraz aksiyasında 15 nəfər yaralanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Banqladeşdə polis nümayişçilərə atəş açıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiyada ağır yol qəzasında dörd nəfər ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İndoneziyada zavodda partlayış nəticəsində azı 13 nəfər ölüb, 38 nəfər yaralanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Konqoda yük maşını dərəyə aşıb, 18 nəfər ölüb, onlarla insan xəsarət alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər