Banqladeşdə iğtişaşlar zamanı ölənlərin sayı 67 nəfərə çatıb - YENİLƏNİB
Bu gün Banqladeşdə keçirilən etiraz aksiyalarında ölənlərin sayı 67 nəfərə (o cümlədən 14 polis əməkdaşı) çatıb.
“Report” xəbər verir ki, bu barədə “Prothom Alo” qəzeti məlumat yayıb.
Qeyd olunur ki, iğtişaşlarla əlaqədar Daxili İşlər Nazirliyi saat 18:00-dan (Bakı vaxtı ilə saat 16:00-dan), komndant saatı, yaxın üç gün isə istirahət günü elan edib.
"Paytaxt da daxil olmaqla bütün rayon şəhərlərində, şəhər korporasiyalarında, bələdiyyələrdə, sənaye bölgələrində, rayon mərkəzlərində və qərargahlarda komendant saatı tətbiq olundu", - Banqladeşin Daxili İşlər Nazirliyi bildirib.
Bundan əvvəl operatorlar respublika hökumətindən 4G rabitə xidmətlərini söndürmək və sosial şəbəkələrə girişi bloklamaq barədə göstəriş alıblar. Yerli KİV-in məlumatına görə, bankların və mağazaların əksəriyyəti bağlanıb.
Banqladeşdə polis, etirazçılar və hakim partiya fəalları arasında toqquşmalarda azı 12 nəfər ölüb, onlarla insan yaralanıb.
“Report”un məlumatına görə, bu barədə “Reuters” xəbər verib.
Qeyd olunur ki, polis Baş nazir Şeyx Hasini istefaya çağıran on minlərlə etirazçını dağıtmaq üçün gözyaşardıcı qaz və səsli qumbaradan istifadə edib.
Məlumata görə, bazar günü ölkə daxilində bərpa olunan etiraz aksiyaları zamanı nümayişçilər əsas magistral yolları bağlayıblar, işə gedən iki inşaatçı ölüb, 30 nəfər üçtərəfli toqquşma nəticəsində yaralanıb.
Agentlik bildirib ki, Pabn rayonunun şimal-şərq bölgəsində hakim partiyanın fəalları və etirazçıların toqquşması zamanı azı üç nəfər ölüb, 50 nəfər yaralanıb. Daha iki nəfər Boqura dairəsinin şimal dairəsində, beş nəfərsə digər dörd rayonda ölüb.
Oxşar xəbərlər
Banqladeşdə iğtişaşlar nəticəsində ölənlərin sayı 150 nəfəri ötüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Banqladeşdə etirazlar zamanı toqquşmalarda 12 nəfər ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Banqladeşdə tələbə etirazları yenidən başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Banqladeşdə etiraz aksiyasında 15 nəfər yaralanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hindistan XİN: Banqladeşdə etirazlar səbəbindən minlərlə tələbə təxliyə edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












