Ukraynanın Çerniqov vilayətinə PUA-larla hücum olub, 5 nəfər ölüb
sizinxeber.az xəbər saytı

Ukraynanın Çerniqov vilayətinə PUA-larla hücum olub, 5 nəfər ölüb


Rusiya hərbçilərinin Ukraynanın Çerniqov vilayətinin Priluki şəhərinə pilotsuz uçuş aparatları ilə hücumu nəticəsində bir yaşlı uşaq olmaqla azı 5 nəfər ölüb.

“Sizinxeber.az”un xəbərinə görə, bu barədə Çerniqov vilayətinin dövlət administrasiyasının rəhbəri Vyaçeslav Çaus telegramda yazıb.

O, hücumda ən azı altı PUA-nın istifadə edildiyini qeyd edib:

“Partlayışlar yaşayış massivindəki evlərə ziyan vurub. Dağıntılar altından iki qadın və bir yaşlı uşağın cansız bədəni çıxarılıb. Hazırda altı yaralı haqqında da məlumat var, onlar yerli xəstəxanalara yerləşdirilib, bütün lazımi yardımlar göstərilir”.

Vyaçeslav Çaus əlavə edib ki, hazırda hücumların baş verdiyi ərazidə təcili xidmətlərin əməkdaşları işləyir.

Oxşar xəbərlər

Rusiya Ukraynanın sərhədyanı şəhərini atəşə tutub, yaralılar var
Rusiya Ukraynaya PUA-larla hücum edib, ölən və yaralananlar var
Rusiyanın Mirnoqrada endirdiyi zərbələr nəticəsində 3 nəfər ölüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər