Rusiya Ukraynanın sərhədyanı şəhərini atəşə tutub, yaralılar var
Rusiya Silahlı Qüvvələri Ukraynanın Çernihiv vilayətinin Semenivka şəhərinin yaşayış massivini atəşə tutması nəticəsində yeddi nəfər yaralanıb.
“Sizinxeber.az” xəbər verir ki, bunu regionun vilayət dövlət administrasiyasının sədri Vyaçeslav Çaus bildirib.
“Yanvarın 4-ü axşamı rusiyalılar sərhədyanı Semenivka şəhərinə 4 İAB (idarəolunan aviasiya bombası – red.) atıblar. Mərkəzi hissəni, yaşayış massivini nişan almışdılar. Saat 23:00-a (Bakı vaxtı ilə 00:00 – red.) olan vəziyyətə görə, ilkin olaraq yeddi yaralı məlumdur, onlara lazımi yardım göstərilir”, – o yazıb.
Administrasiya sədri ərazidə axtarış-xilasetmə əməliyyatlarının davam etdiyini vurğulayıb.
“İnzibati bina, kafe, yaşayış evləri və dinc sakinlərin avtomobillərinə ziyan dəyib”, – Çaus qeyd edib.
Oxşar xəbərlər
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 28 nəfər yaralanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
