Kreml: Moskva Ukraynada nizamlanma üzrə memorandum layihəsi üzərində işi tamamlayır » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
28 
may
2025
15:00

Kreml: Moskva Ukraynada nizamlanma üzrə memorandum layihəsi üzərində işi tamamlayır

28 may, 2025
15:00
596

Kreml: Moskva Ukraynada nizamlanma üzrə memorandum layihəsi üzərində işi tamamlayır

Ukraynada nizamlanma üzrə memorandum layihəsi üzərində iş yekun mərhələdədir.

"Report" yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Moskva və Kiyev tərəfindən hazırlanmış sülh nizamlanması üzrə memorandum layihələri tezliklə məlum olacaq, bundan sonra tərəflər arasında yeni danışıqlar raundu barədə söhbət gedəcək.

D.Peskov əlavə edib ki, Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenski arasında görüş mümkündür, lakin bu, iki ölkənin nümayəndə heyətləri arasında konkret razılaşmaların nəticəsi olmalıdır.

Bizimlə əlaqə saxlayın