Tramp: Bayden seçki yarışından qeyri-demokratik şəkildə çıxarılıb
Demokratlar Partiyasının rəhbərliyi Amerika lideri Cozef Baydeni seçki yarışından “qeyri-demokratik şəkildə” çəkilməyə məcbur edib.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp Şimali Karolina ştatında tərəfdarları qarşısında çıxışı zamanı deyib.
"Əslində baş verən odur ki, Demokrat Partiyasının liderləri çox qeyri-demokratik addım atıblar, onlar Baydenə deyiblər: ya siz gedəcəksiniz, ya da biz Konstitusiyaya 25-ci düzəlişdən istifadə edərək sizi çıxaracağıq", - Tramp bəyan edib.
ABŞ Konstitusiyasına edilən 25-ci düzəliş prezidentin öz vəzifələrini yerinə yetirə bilməyəcəyi müəyyən olunarsa, onun vəzifədən uzaqlaşdırılmasını və vitse-prezidentin onun səlahiyyətlərini müvəqqəti olaraq öz üzərinə götürməsi prosesini tənzimləyir.
Oxşar xəbərlər
Tramp: Bayden seçkilərdə geri çəkilirsə, ölkəni də idarə edə bilməz
"NY Post": Demokratlar Baydeni vəzifəsindən uzaqlaşdırmaqla hədələyiblər
Tramp hesab edir ki, dünyada heç kim Baydenə hörmət etmir
Co Ukraynanı Rusiyaya verdi, Putinin kuklasıdır - Tramp
Tramp seçkiqabağı sorğuda Baydenə uduzur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













