Tramp seçkiqabağı sorğuda Baydenə uduzur
Yenidən ABŞ prezidenti postu uğrunda mübarizə aparan sabiq dövlət başçısı Donald Tramp amerikalı seçicilərin dəstəyi baxımından ölkənin hazırkı rəhbəri Cozef Baydenə uduzur.
“Report” xəbər verir ki, bunu “Echelon Insights” tədqiqat təşkilatının keçirdiyi sorğunun nəticələri göstərir.
Seçicilərə “2024-cü ilin prezident seçkiləri bu gün keçirilsəydi, kimə səs verərdiniz?” sualı ünvanlanıb, namizədlər isə Demokratlar Partiyasından Bayden, Respublikaçılar Partiyasından Tramp olub. Respondentlərin 49 %-i Baydeni, 46 %-i isə Trampı dəstəkləyəcəyini bildirib.
Tədqiqatın nəticələrinin statistik xətası 3,9 faiz bəndi təşkil edir. Tədqiqat 12-14 aprel tarixlərində aparılıb. Sorğuda bu il ABŞ-da keçiriləcək prezident seçkilərində səs vermək niyyətində olan 1,2 min nəfər iştirak edib.
Qeyd edək ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək.
Oxşar xəbərlər
Tramp hesab edir ki, dünyada heç kim Baydenə hörmət etmir [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ təşkilatı İlham Əliyevin reytinqini açıqladı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sorğu: Bayden əqli qabiliyyətini itirir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Co Ukraynanı Rusiyaya verdi, Putinin kuklasıdır - Tramp [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ prezidentliyinə namizəd seçiləcəyi təqdirdə Trampı əfv edəcəyinə söz verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












