Tramp: Bayden seçkilərdə geri çəkilirsə, ölkəni də idarə edə bilməz
sizinxeber.az xəbər saytı

Tramp: Bayden seçkilərdə geri çəkilirsə, ölkəni də idarə edə bilməz


ABŞ Prezidenti Cozef Bayden seçkilərdə geri çəkilirsə, ölkəni də idarə edə bilməz.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə ABŞ-nin keçmiş lideri Donald Tramp “Truth” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“İndi ölkəmizi kim idarə edir? Co (Bayden-red) harada olduğunu bilmir, ona görə də o, ölkəni idarə edə bilməz”, - Tramp qeyd edib.

Qeyd edək ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Donald Trampın namizədliyi Respublikaçılar Partiyasının iyulun 15-də başlayan və 4 gün davam edən milli qurultayında təsdiqlənib. ABŞ Prezidenti Cozef Bayden isə prezidentlik yarışından geri çəkilib. O, səlahiyyət müddətinin sonuna qədər vəzifəsində qalacağını bildirib. Bundan sonra Bayden Demokratlar Partiyasından ABŞ lideri postuna namizəd kimi Kamala Harrisi dəstəkləyib.

Namizədlə bağlı yekun qərar Demokrat Partiyasının avqustun 19-dan 22-dək Çikaqoda keçiriləcək qurultayında veriləcək.

Oxşar xəbərlər

Ağ Ev: Bayden vaxtından əvvəl istefa verməyəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Çexiyanın xarici işlər naziri: ABŞ-də seçkilərin nəticəsi Avropa üçün həlledici olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Harris seçkilərdə namizədliyini irəli sürmək niyyətində olduğunu açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ Nümayəndələr Palatasının spikeri Baydeni istefaya çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp seçkiqabağı sorğuda Baydenə uduzur [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər