"NY Post": Demokratlar Baydeni vəzifəsindən uzaqlaşdırmaqla hədələyiblər
Demokrat Partiyasının yüksək vəzifəli rəsmiləri ABŞ lideri Cozef Baydenin prezidentlik yarışından çəkilməyə razı olmayacağı təqdirdə onu vəzifəsindən uzaqlaşdırmaqla hədələyiblər.
“Report” xəbər verir ki, bu barədə mənbələrə istinadən "New York Post" nəşri yazıb.
Partiya elitaları Baydeni yenidən seçilməkdən imtina etməyə inandırmaq istədikləri zaman siyasətçi qəzəb, paranoya və məyusluq nümayiş etdirib.
Nəşr qeyd edib ki, prezident sonuna qədər müqavimət göstərib. Yekun qərar isə partiyanın yüksək vəzifəli şəxslərinin Baydeni hədələməyə başlamasından sonra verilib.
ABŞ Konstitusiyasına edilən 25-ci düzəlişə əsasən, vitse-prezident prezidentin səlahiyyətlərinə vaxtından əvvəl xitam verildiyi və ya fəaliyyət qabiliyyətini itirdiyi halda dövlət başçısı vəzifəsini icra edir. Bundan əlavə, düzəliş Amerika liderinin müvəqqəti fəaliyyət qabiliyyətini itirməsinin müəyyən edilməsi prosedurunu müəyyən edir, bu zaman vitse-prezident ölkə rəhbəri kimi fəaliyyət göstərməyə başlayır.
Bayden iyulun 21-də vitse-prezident Kamala Harrisin Demokratlar Partiyasından prezidentliyə namizəd kimi irəli sürülməsini dəstəkləyərək, yenidən dövlət başçısı seçilmək istəməyəcəyini açıqlayıb.
Oxşar xəbərlər
ABŞ Nümayəndələr Palatasının spikeri Baydeni istefaya çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Əgər yaxınları zəruri hesab etsə, Bayden prezidentlik yarışını tərk edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nyu-Yorkda Baydeni istefaya çağıran etirazçılar qarşılayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sorğu: Bayden əqli qabiliyyətini itirir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağ Ev: Bayden vaxtından əvvəl istefa verməyəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












