Tramp hesab edir ki, dünyada heç kim Baydenə hörmət etmir
"Dünyada heç kim ABŞ prezidenti Co Baydenə hörmət etmir, o, yalnız dezinformasiya yaya və seçkiləri saxtalaşdıra bilər".
Bizimyol.info xəbər verir ki, bu fikri Amerikanın keçmiş lideri Donald Tramp deyib.
“Onlar Co Baydenə hörmət etmirlər, ABŞ prezidentindən çəkinmirlər. Hamı bilir ki, Baydenin yaxşı bacardığı yeganə şey seçki saxtakarlığı və dezinformasiyadır. Mənim rəhbərliyim altında olacaq Amerika tezliklə heç vaxt olmadığı qədər hörmətlə qarşılanacaq”, - deyə Tramp çərşənbə axşamı Viskonsin ştatında tərəfdarlarına bildirib.
Eks-prezident həmçinin qeyd edib ki, Bayden çıxışlarından sonra nə iki cümləni birləşdirə, nə də səhnəni tərk edə bildi. O deyib ki, hər dəfə çaşqınlıq içində, gülüş hədəfi olaraq görüntülənən prezidentə kiminsə hörmət edəcəyini gözləmək ağılsızlıqdır.
ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Tramp artıq Respublikaçıların dövlət başçısı vəzifəsinə namizəd kimi irəli sürülməsi üçün lazımi sayda nümayəndə səsini toplayıb. İkinci müddətə namizədliyini irəli sürən Bayden Demokratlar Partiyasından kifayət qədər sayda nümayəndənin dəstəyini qazanıb. Beləliklə, dörd il əvvəl Bayden ən yüksək dövlət vəzifəsinə yenidən seçilmək istəyən Trumpı məğlub etdiyi zamanda olduğu kimi, bu ilki seçkilərdə də eyni namizədlər arasında mübarizə proqnozlaşdırıla bilər.
Oxşar xəbərlər
Co Ukraynanı Rusiyaya verdi, Putinin kuklasıdır - Tramp [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp: ABŞ sərhədindəki vəziyyət kütləvi qırğın silahına çevrilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ prezidentliyinə namizəd seçiləcəyi təqdirdə Trampı əfv edəcəyinə söz verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bayden: Seçkilərdə Trampı yenə məğlub edəcəyəm, amma o bunu etiraf etməyəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp dörd il ərzində öz biznes imperiyasını genişləndirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












