Britaniya Aİ-nin müdafiə fonduna çıxış üçün təşkilatla danışıqlara başlayacaq » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
26 
may
2025
09:30

Britaniya Aİ-nin müdafiə fonduna çıxış üçün təşkilatla danışıqlara başlayacaq

26 may, 2025
09:30
495

Britaniya Aİ-nin müdafiə fonduna çıxış üçün təşkilatla danışıqlara başlayacaq

Böyük Britaniya və Avropa İttifaqı (Aİ) təşkilatın müdafiə fonduna çıxış əldə etmək məqsədilə uzun və mürəkkəb danışıqlara başlayır.

"Report" xəbər verir ki, bu barədə “Politico” qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, yalnız indi, tərəfdaşlığın dərinləşdirilməsi haqqında ikitərəfli sazişin imzalanmasından sonra Birləşmiş Krallıq və Aİ “Security Action for Europe” (SAFE) layihəsi çərçivəsində birgə silah alışlarında Britaniyanın iştirak imkanlarını müzakirə edə bilərlər.

Nəşrdə qeyd olunub ki, hazırda Britaniya və təşkilat tamamilə ayrı bir sazişin imzalanması üçün daha gərgin danışıqlara hazırlaşırlar. London Kral Kollecinin Avropa xarici siyasəti üzrə elmi işçi Ben Consun sözlərinə görə, hələ ki, çoxsaylı göstərişlər var, lakin tərəflərin konkret öhdəlikləri yoxdur və onları qarşıda çətin danışıqlar gözləyir.

Daha əvvəl bildirildiyi kimi, Britaniya silah alışı üçün Avropa İttifaqının 150 milyard avro həcmində militarizasiya fonduna yalnız üzvlük haqqını ödədikdən sonra çıxış əldə edə biləcək. Lakin onun məbləği hələ müəyyən edilməyib.

Bizimlə əlaqə saxlayın