Tramp Aİ-yə qarşı rüsumlar barədə qərarını yenidən nəzərdən keçirməyəcək
ABŞ Prezidenti Donald Tramp Aİ-yə qarşı 50 % həcmində idxal rüsumlarının tətbiqi barədə qərarını yenidən nəzərdən keçirmək niyyətində olmadığını bildirib, lakin danışıqlara hazır olduğunu təsdiqləyib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb.
“Mən sövdələşmə bağlamağa can atmıram. Biz artıq 50 % səviyyəsində rüsumlarla sövdələşmə bağlamışıq. Lakin, təkrar edirəm, əgər Aİ ölkələri burada, ABŞ-də istehsalat yaradarlarsa, rüsumlar qüvvədə olmayacaq”, – Tramp Ağ evdə jurnalistin 50 % həcmində rüsumların qüvvəyə minməli olduğu 1 iyuna qədər olan dövrdə Aİ ilə sövdələşmə bağlamaq imkanı ilə bağlı sualını cavablandırarkən bildirib.
“Əgər kimsə gəlib burada zavod tikmək istəyini bildirərsə, biz onlar zavodu tikəcəkləri müddət ərzində müəyyən təxirə salınmanı müzakirə edə bilərik. Düşünürəm ki, bu uyğun olardı”, – Amerika lideri vurğulayıb.
Oxşar xəbərlər
Tramp: Gömrük rüsumları ABŞ-yə gündəlik 2 milyard dollar qazandırır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp Çin mallarına rüsumların azaldılacağını güman edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp Çinə tarifləri azaldacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp: Aİ-yə tətbiq edilən 50%-lik gömrük rüsumları yenidən nəzərdən keçirilməyəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp Suriyaya qarşı sanksiyaların ləğvi ilə bağlı Ərdoğanla işləməyə hazır olduğunu bildirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"
-
Prezident İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib












